Baş mühasib işi axtarıram
⭕ Peşəkar inkişafı və xidmət keyfiyyətini yüksəltməyi hədəfləyərək vergi və mühasibatlıq sahəsi üzrə mütəmadi olaraq təlim və seminarlarda iştirak edirəm.
⭕ 13 illik təcrübə ilə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə (istehsalat, ticarət, təchizat, logistika, tibb və s.) vergi və mühasibatlıq üzrə etibarlı və keyfiyyətli xidmətlər təqdim edirəm.
⭕ Rəhbərlik və səlahiyyətli nümayəndəlik tərəfindən verilən tapşırıqlar qısa müddətdə yerinə yetirilir və nəticələr barədə yazılı və şifahi məlumat təqdim olunur.
⭕ Aylıq xidmət haqqı ədalətli və münasib şəkildə — dövriyyədən deyil, görülən işin həcmi əsas götürülərək müəyyən edilir.
⭕ Vergi orqanının tələblərinə uyğun Peşəkar Mühasib Sertifikatı (PMS) ilə yanaşı, bir neçə beynəlxalq mühasibatlıq və maliyyə sertifikatlarına malikəm.
⭕ Müştəri məmnuniyyəti və güvəni fəaliyyətimin əsas prioritetidir!
* Təhsil
Ali
> Bakalavr <
➖ İstanbul Texniki Universiteti (ITÜ) – Mühasibat uçotu və idarə etmə (2005-2009)
> Magistr <
➖ University of Warsaw (Polşa) - Faculty of Accounting (2011-2013)
➖ Azərbaycan Auditorlar Palatasının Üzvi (2019)
➖ Barattson kursu – ACCA F7,F9
➖ PMS sertifikatı (2022)
* İş təcrübəsi
> 5 ildən artıq <
➖ Ortaks Group Azerbaijan MMC (Azərbaycan filalı) – Maliyyə və Vergi üzrə Direktor (2021 – indiyənə kimi davam edir)
➖ Green Group Agro MMC – Maliyyə və Vergi konsultasiya sahəsində Baş Menecer (2019-2022)
➖ Wheel logistics MMC – Baş Mühasib (2018-2021)
➖ HF Group MMC – Vergi Meneceri (2015-2018)
➖ Reva Constraction MMC – Maliyyə və Vergi üzrə aparıcı mühasib(2013-2015)
➖ Auchan Group LLC - accountant (2011-2013) frelance
* Bacarıqlar
➕ Sənədlər və mühasibat yazışmaları əsasında vergi və mühasibat hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində müvafiq orqanlara təqdim olunmasını təmin etmək.
➕ Vergi sahəsi ilə baglı əməliyyatlar-bütün vergi hesabatlarının
göndərilməsi
➕ Şirkətlərin mühasibatlıq və maliyyə sistemlərin qurulması və idarə edilməsi
➕ Vergilərlə yaranmış məsələlərin həlli
➕ Qanunvericiliyə uygun olaraq müəssisənin rəsmi maliyə nəticəlrinin dəqiq uçotunu təşkil etmək
➕ Vergi hesabatlarının(Əmlak,Torpaq,ÖMV ƏDV, Mənfəət)hazırlanması və təqdim edilməsi
➕ Mühasibat,vergi uçotu və DSMF,Statistika ilə baglı əməliyyatlar
➕ Vergi orqani ilə yazışmalar
➕ E-qaimə fakturalarının və VHF yazılması,gömrük bəyannamələri ilə
bağlı əməliyyatlar,vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-
portal proqramı ilə işləmək bacarıgının olması
➕ Tender və Katirovka sorğusu üçün sənədlərin toplanması, hazırlanması və lazımı yerlərə təqdim edilməsi
➕ Debitor və kreditorların hazırlanması və nəzarət edilməsi
➕ Əməliyyatların 1 C proqramına işlənməsi
➕ Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət.
➕ Kadr işləri :- Əmək müqavilələrini doldurulub və tərəflərin arasında
imzalanmasına nəzarət edilməsi
➕ DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
➕ Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
Похожие объявления
Показать все- «Торговая сеть и электронная коммерция» в терминалах eManat
- «Объявления и купоны» в терминалах MilliÖn
- «Другие платежи» в терминалах Kapital Bank
- «Объявления и купоны» в терминалах ExpressPay
- «Другие» в терминалах Kassam
- «Объявления и купоны» в терминалах Keşpay






































